4 ngày trước
507
2
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 182 ili tamam olur. Həsən bəy Zərdabi 28 iyun 1842-ci ildə Göyçay qəzasında anadan olub. Orta təhsilini Şamaxı şəhərində başlayaraq Tiflisdə tamamlayıb. Moskva Universitetinin təbiət-riyaziyyat fakültəsində təhsil alıb. 1875-ci ildə Bakıda Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmaqla Azərbaycan milli mətbuatının əsasını qoyub. Bakı Şəhər Dumasında çalışıb. Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub. Həsən bəy Zərdabi Azərbaycan tarixinə milli teatrımızın banisi, mətbuatımızın yaradıcısı, ilk qız məktəbinin təsisçisi, Birinci Müəllimlər Qurultayının təşkilatçısı və sədri, görkəmli ictimai xadim və fədakar bir müəllim kimi daxil olub. Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabi 1907-ci ildə vəfat edib. Azərbaycan Təbiət Tarixi Muzeyi və Gəncə Pedaqoji İnstitutuna görkəmli maarifçinin adı verilib. #Azərbaycan #MədəniyyətNazirliyi #mədəniyyət #millimətbuat
Boyuk babamin en yaxin dostu ☺️
4 ngày trước
İmtahanın nəticəsi 3 gün ərzində verilməli idi. Bugün 5 iş günü keçib, hələ xəbər yoxdu. Nə vaxt deyəcəksiz cavabı?
3 ngày trước